Benzindaşıyan maşın partladı - FOTOLAR (Yenilənib)
Bizi izləyin

Qırmızı.az

Benzindaşıyan maşın partladı - FOTOLAR (Yenilənib)

Publika.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın artıq söndürülüb. FHN əməkdaşları alovun ətrafa yayılmasının qarşısını tam ala biliblər.

00:19

İndicə aldığımız məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Benzindaşıyan maşının sürücüsü isə yaralanıb, ölən yoxdur. Sürücü xəstəxanaya yerləşdirilib.

00:13

Yasamal rayonunun bir hissəsi işıqsız qalıb. Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Badamdarda benzindaşıyan maşının aşması partlayışa səbəb olub.

Nəticədə yaxınlıqdakı elektrik naqillərinə ciddi ziyan dəyib. Hazırda rayonun bir hissəsi, xüsusən Yeni Yasamal adlanan ərazi işıqsız qalıb. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm