64 nəfəri ilan sancdı (VİDEO)
Bizi izləyin

Qırmızı.az

64 nəfəri ilan sancdı (VİDEO)

Son günlər qeydə alınan rekord istilər ilanları fəaliyyətə gətirib.

ANS TV-nin məlumatına görə, bu dəfə ilan sancma halı Tovuz rayonun Aran Yanıqlı kəndində qeydə alınıb. Kənd sakini 17 yaşlı Sahil Abbasov yonca sulayarkən ilan onu sol ayağından sancıb. Sahil Abbasov dərhal xətəxanaya yerləşdirilib.

Ümumilikdə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aprel ayından bu günə kimi ilan sancma ilə əlaqədar 64 müraciət daxil olub. Onlardan 8-i uşaq, qalanları isə ortayaşlı insanlardır. Yalnız bir nəfər 13 yaşlı Ağsu rayon sakininin həyatını xilas etmək mümkün olmayıb. 18 nəfər sarı əqrəb, 8 nəfər isə qaraqurd zəhərlənməsilə şöbəyə gətirilib.

Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, “İlan sancan insanı həkimə gətirilməmişdən əvvəl ilkin yardım edilməlidir. Ondan sonra təcili yardıma müraciət edilməli və tez xəstəxanaya çatdırılmalıdır”.

Azər Maqsudovun sözlərinə görə, “Belə olan halda yaranı bağlamaq, zəhəri sovurmaq, bunların hamısı boş şeylərdir”.

Keçən il isə mərkəzə ilan sancması ilə əlaqədar 120 nəfər müraciət edibmiş. Onlardan bir nəfər dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm