Hamının kişi bildiyi qadının tükürpədən cinayəti-Təfərrüat
Bizi izləyin

Qırmızı.az

Hamının kişi bildiyi qadının tükürpədən cinayəti-Təfərrüat

Kirayə yaşadığı mənzildə ev sahibinin ruhi xəstə oğlunun başını, əllərini, qollarını və ayaqlarını bədənindən ayırıb qətlə yetirən "Kamran" ləqəbli 1981-ci il təvəllüdlü Aynur Məmmədova mühakimə olunub.

Xatırladaq ki, 2011-ci il martın 20-də Nərimanov rayonu, Montin qəsəbəsi, Daşkarxanası küşəsində müxtəlif tinlərdən başı, əlləri və ayaqları bədəndən ayrılıb hissələrə doğranmış kişi meyiti aşkar edilib. Bu barədə dərhal polisə məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin, rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunublar. Araşdırmalardan sonra müəyyən edilib ki, bu, 1973-cü il təvəllüdlü Nərimanov rayon sakini Sərdar Məmmədovun meyitidir. Məlum olub ki, mərhum martın 12-dən Nərimanov rayonunda itkin kimi qeydiyyata alınıb. Hadisə yerinə çağırılan tibbi ekspertiza meyiti müayinə etdikdən sonra onun hissələrə bölünmüş bədən üzvlərində kəsici-deşici xəsarətlər aşkar ediblər. Beləliklə, hadisədən bir neçə gün sonra polis cinayəti törədən şəxsi saxlayıb. Müəyyən edilib ki, o, Nərimanov rayonu, meyitin aşkar edidiyi Daşkarxanası küçəsi 303 ünvanında kirayədə yaşayan Aynur Məmmədovadır. Özünü ətrafdakılara kişi kimi təqdim edən "Kamran" ləqəbli Aynur Məmmədova kirayədə yaşadığı evin sahibinin oğlunu öldürdüyünü etiraf edib. Onun barəsində Nərimanov Rayon Prokurorluğunda 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib və cinayət işində tövsüf olunan maddələr dəyişdirilərək Aynur Məmmədova barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adamöldürmə) və 120. 2.9 (təqsirkar şəxs üçün köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Kişi paltarı geyinib, özümü hamıya Kamran kimi təqdim etdim"

Müttəhim qismində məhkəmədə ifadə verən Aynur Məmmədova atası, analığı, qardaşı və bacısı ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayonda yaşadığını, lakin analığı ilə yola getmədiyindən 10 il əvvəl evi tərk etdiyini bildirib. Onun sözlərinə görə, 10 il müxtəlif ünvanlarda kirayələrdə yaşayıb, kafelərdə ofisiant işləyib. Elə o vaxtdan kişilərin əhatəsində çalışdığından, qadın olduğu halda özünü hamıya Kamran ləqəbli kişi kimi təqdim edib: "Kafelərdə işləyirdim deyə, kişilərin mənə söz atacağından qorxub geyimimdə dəyişiklik etdim. Saçlarımı oğlan kimi kəsdirdim, kişi geyimləri geyinməyə başladım. Kamran, əslində, qardaşımın adıdır. O adı özümə götürdüm. Geyimlərimin altından karset taxırdım ki, sinəmi itirsin. Beləliklə, görünüş cəhətdən oğlana oxşadım. Kafedə çalışarkən orada Vaqif adlı sürücü ilə tanış oldum. Həmin kafeyə nahara gəlirdi, orda görmüşdüm".

"Bir müddətdən sonra öyrəndim ki, əslində, o, kişi yox, qadındır"

Məhkəmədə ifadə verən Vaqif Ağayev bildirdi ki, 106 saylı avtobusda sürücü işləyib. Sonuncu dayanacaq olduğundan həmin kafeyə çay içmək üçün gedirniş: "Aynuru orada tanıdım. Amma özünü mənə oğlan kimi təqdim etdiyindən, onu Aynur yox, Kamran kimi tanıdım. Orada ofisiant işləyirdi. Gördüm, işi o qədər də ürəyincə deyil, çalışdığım avtobusda ona konduktor işləməyi təklif etdim. Gününə 4 manat pul və nahar yeməyini verirdim. Sonradan öyrəndim ki, qalmağa yeri də yoxdur. Təklif etdim ki, Xətai rayonu ərazisində kirayədə birlikdə yaşayaq. Gün ərzində onunla bir marşrutda işləyib, axşamlar bir evdə qalsam da, onun qadın oluğunu bilmədim, heç hiss etmədim də. Sonra biz Nərimanov rayonu, Daşkarxanası küçəsi, 303 saylı evə köçdük. İkimərtəbəli ev idi. Birinci mərtəbə təmirsiz idi, orada biz qalırdıq. İkinci mərtəbədə isə ev sahibləri. Heç onlar da bilmirdi ki, Aynur qadındır. Elə bilirdilər ki, iki dost birlikdə qalırıq. Mənim özüm də bir müddətdən sonra öyrəndim ki, əslində, o, kişi yox, qadındır. Beləliklə, biz kəbin kəsdirdik, o, ilk dəfə mənimlə cinsi əlaqədə oldu. Bir yerdə yaşamağımıza baxmayaraq, mənə tapşırmışdı ki, qadın olduğunu heç kimə deməyim".

"Əli ilə sinəmə toxunub qadın olduğumu bildi"

Özünü ərtafda kişi kimi qələmə verib Vaqiflə ər-arvad münasibətlərində yaşayan Aynur Məmmədova elə həmin ünvanda mənzilində kirayədə yaşadığı ev sahibi Kərim Məmmədovun oğlu Sərdarı amansızlıqla qətlə yetirib. Ev sahibinə və onun ailə üzvlərinə özünü kişi kimi təqdim edərək adının Kamran olduğunu bildirib. Hadisə baş verən gün ev sahibləri də, Vaqif də işdə olub. Nahar hazırlamaq üçün ruhi xəstə olan Sərdar Məmmədovu mağazaya göndərib: "Günortaya nahar hazırladım. Ev sahibinin oğlu Sərdarı da çağırdım. Ruhi xəstə idi, əqli cəhətdən zəif oluğu üçün hərdən öz-özünə danışırdı. Dedim, o da təkdir, valideynləri evdə yoxdur, oturub birlikdə nahar edək. Stolda içki də vardı, spirtli içki də qəbul etdim. Bir badə içəndən sonra özümü pis hiss elədim və dərhal çarpayıya uzandım. Xəbərim olmadan köynəyimin iki düyməsi açıldı. Sərdar mənə tərəf gələrək əli ilə sinəmə toxundu və köynəyimi bir az da aşağı çəkdi. Qadın olduğumu bildi. Ona müqavimət göstərməyə taqətim olmadı. Sadəcə, qışqırdım və onu kənara itələdim, cox əsəbiləşdim".

"Üç-dörd zərbə vurmaqla başını bədənindən ayırdım"

Aynur gələcək qurbanının bu barədə kimlərəsə danışacağından ehtiyatlanıb, masanın üzərindən götürdüyü bıçaqla onu qorxutmaq məqsədilə yüngül zərdə endirib: "İnanmadım ki, zərbə elə güclü dəyə bilər. Sərdarın yerə yıxılıdığını görüb, izi itirmək məqsədilə ona ölənə qədər xəsarət yetirmək məcburiyyətində qaldım. Öldürəndən sonra gördüm ki, meyiti belə qoymaq olmaz. Əl, ayaq, boyun nahiyəsinə 3-4 zərbə vurmaqla başını bədənindən ayırdım. Kirayə yaşadığım təmirsiz evin döşəməsini söküb, torpağı xəndək halında xəkəndazla qazmağa başladım. Bədəndən ayırdığım başı kənara qoydum. Meyiti iki yerə qatlayıb paltarlı vəziyyətdə evdə qazdığım xəndəyə basdırdım. İy gəlməməsi üçün üzərinə neft səpərək yenidən döşəməni qaydaya saldım. Cinayəti törədərkən özümün qana bulaşmış paltarımı, baltanı və bədəndən ayrılmış başı sellofan torbaya qoyub yaxınlıqdakı dəmir yolunun kənarına atdım".

"Sərdarın məqsədi namusuma toxunmaq olub"

Əməlindən qətiyyən peşman olmayan Aynur Məmmədova hadisəni namus üstündə törətdiyini iddia etdi. Bildirdi ki, qətlə yetirdiyi Sərdarın məqsədi onun namusuna toxunmaq olub. Onun sözlərinə görə, cinayəti törətdikdən sonra qan izlərini silib. Həyat yoldaşı Vaqif Agayev axsam qayıdanda evdən qəribə iy gəldiyini deyib. Aynur isə onu aldadıb - döşəməni silərkən neft şüşəsini yerə dağıtdığını deyib. Az sonra mərhum Sərdarın anası Xədicə Məmmədova Aynurdan oğlunu soruşub. Aynur isə onun bir az əvvəl həyətə cıxdığını deyib: "Bundan narahat olmağa başladım. Fikrim Sərdarın yanında idi. Onlara getdim ki, görüm nə edirlər, evdə vəziyyət necədir. Yuxarı mərtəbəyə çıxanda Sərdarı soruşdum. Atası Kərim kişi dedi ki, kompüter oynamağa gedib. Amma mən onlarda şübhə yaratmamağa çalışdım".

Bir az da gözlədikdən sonra valideynləri onun evə gəlməməsindən narahat olaraq internet-kluba gediblər. Lakin Sərdarı orada da gördüm deyən olmayıb. Məcbur qalan valideynlər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət ediblər. Faktla əlaqədar ailə üzvlərinin və qonşuların ifadəsi alınıb. Aynur da polisə Sərdarı görməməsi barədə yalan ifadə verib. Bundan daha da narahat olmağa başlayan Aynur məsələnin polis nəzarətində olduğunu görüb meyiti evdən çıxarmaq qərarına gəlib.

"Kəsilmiş əlləri və ayaqları sellofan torbaya qoyub zibilliyə atdım"

Səhər saat 6 radələrində Vaqif Ağayev işə gedəndən sonra Aynur Məmmədova lampa işığında döşəməni yenidən sökməli olub. O, meyiti xəndəkdən çıxarıb. Lakin ağır olduğundan onu hissələrə doğrayıb: "Meyiti sürümək yüngül olsun deyə bıçaqla vurduğum hissələri baltalayıb hissələrə ayırdım. Əvvəlcə qollarını, ayaqlarını oynaq hissədən doğradım. Başsız, əlsiz və ayaqsız meyiti təzədən xəndəyə qoyanda gördüm artıq meyit yüngülləşib. Düşündüm ki, bir dəfə də meyiti ataram. Beləliklə, kəsilmiş əlləri və ayaqları sellofan torbaya qoyub zibilliyə atdım".

"Yoldaşım əli ilə meyitə toxunaraq onun nə olduğunu soruşdu"

Hadisədən bir gün sonra yenidən Aynur eyni üsulla döşəməni qaldırıb meyiti oradan tamam çıxarıb. Bu dəfə isə o, meyitin bədən hissəsini atmaq istəyib. Lakin ayrılmış bədəni əl, ayaq, baş kimi sellofanlara yerləşdirmək o qədər də asan olmayıb. Meyit böyük olduğundan onu çıxarıb kənara qoyub, üstünü də adyalla bağlayıb: "Yoldaşım axşam evə gələndə pis qoxu gəldiyini dedi. Sonra da qapının arxasında üstü adyalla örtülən meyitə əli ilə toxunub, onun nə olduğunu soruşdu. Əvvəlcə demək istəmədim. Sonra isə məcbur olub baş verənləri ona danışdım. Mən danışdıqca Vaqif şok yaşayırdı. Ona yalvardım ki, heç kimə deməsin. Bu gecə aparıb atacam və heç kim heç nə bilməyəcək".

Polis bölməsindən ona gələn bir telefon zəngi...

Beləliklə, gecə saat 3 radələrində o, meyiti atmaq məqsədilə əvvəlcə kücəyə çıxıb və ətrafa nəzər salıb. Heç kimin olmadığını dəqiqləşdirdikdən sonra iri sellofan torbaya qoyduğu meyiti qucağına alaraq evdən çıxıb. Bir neçə metr uzaqlaşanda meyitin ağır olduğunu görüb onu zibilliyə doğru sürüməyə başlayıb. Sonra da kirayə yaşadığı küçənin ərazisinə ataraq evə qayıdıb. Vaqif Aynurun meyiti gecə saatlarında atdığını öyrənib. Onlar birlikdə işə gedərkən Aynura gələn telefon zəngi bağlı qalmış cinayətin üstünü açıb. Bundan təşvişə düşən Aynur həyat yoldaşı Vaqiflə birlikdə bölməyə gedib.

14 il həbs cəzası

Mərhum Sərdar Məmmədovun əmisi Yaşar Məmnədov zərərçəkən qismində ifadə verərək bildirib ki, Sərdarın qolsuz, ayaqsız və başsız meytinin tapılması barədə səhər saatlarında onlara polis məlumat verib. Y.Məmmədovun sözlərinə görə, Kamran kimi tanıdıqları kişinin əslində Aynur olduğunu və onun kirayədə qaldığı Vaqiflə ər-arvad münasibətlərində yaşadığını cinayətdən sonra öyrəniblər. Zərərçəkmiş tərəf iddia edir ki, V. Ağayevin bu cinayətdən xəbəri olub. Beləliklə, fakt sübuta yetirilib. Vaqif Ağayevə 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə cərimə olunmaqla cəza tətbiq olunub, 1981-ci il təvəllüdlü Aynur Məmmədova isə 14 il müddətinə azadlıqda məhrum edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm