Evdən 2300 dollarlıq və 1415 manatlıq oğurluq
Bizi izləyin

Qırmızı.az

Evdən 2300 dollarlıq və 1415 manatlıq oğurluq

Bakının Binəqədi Rayonunda qadının mənzilindən oğurluq edilib. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, adı cinayətdə hallanan Rəsul Adıgözəlov Zərifə Qarayevanın mənzilindən 2300 ABŞ dolları və 1415 manat pul oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları Rəsul Adıgözəlovu istintaqa cəlb ediblər. O, ifadəsində zərərçəkəni tanımadığını, mənzilə təsadüfən daxil olduğunu bildirdib.

Onun ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir, digər cinayətlərdə iştirakı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm