• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakının yol təsərrüfatına 7 min manata yaxın ziyan dəyib

Bakının yol təsərrüfatına 7 min manata yaxın ziyan dəyib

Bakının yol təsərrüfatına 7 min manata yaxın ziyan dəyib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ötən gecə saat 00:00-01:00 radələrində Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq daşıyan iri tutumlu avtomobilin qəzaya uğraması nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib: "Belə ki, yolda 72 poqonmetr əyri xətli tir (təhlükəsizlik səddi), onun üzərində olan 24 ədəd işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi aşıb.

Onun sözlərinə görə, "Azəyrolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyan ilkin olaraq təqribən 7 min manat dəyərində qiymətləndirilib, akt tərtib olunub.

P.Mürsəliyev deyib ki, hazırda həmin avtomobilin yoldan kənarlaşdırılması istiqamətində iş görülür, hadisə yerinə qaldırıcı kran cəlb olunub.

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR