Füzuli anıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Füzuli anıldı - FOTO

Bu gün Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 23 avqust Füzuli rayonunun işğal günü münasibətilə tədbir keçirildi.

Tədbirdə rayonun rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb.

Sonra torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Alı Alıyev Füzuli rayonunun işğalı, işğala qədər cərəyan edən hadisələrdən danışıb. Bildirib ki, o dövrdə Azərbaycandakı xaos, siyasi hakimiyyətsizlik Füzulinin, o cümlədən digər rayonların işğalına səbəb olub.

“1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıdıblar. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələri salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Son 10 ildə Prezident cənab İlham Əliyev Füzuliyə 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalnıb.”

Alı Alıyev bildirib ki, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm