Bakıda 16 yaşlı yeniyetmə cinayət törətdi
Bizi izləyin

Qırmızı.az

Bakıda 16 yaşlı yeniyetmə cinayət törətdi

Yasamal rayonunda mənzildən oğurluq edən 16 yaşlı yeniyetmə tutulub. Rayon Polis İdarəsinin 28-ci polis bölməsindən Publika.az-a verilən xəbərə görə, 16 yaşlı yeniyetmə (azyaşlı olduğuna görə, adı açıqlanmır) iki mağazadan ərzaq məhsulları, danışıq konturları, aptekdən isə pul oğurlamaqda təqsirləndirilir.

Yasamal polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, zərərçəkən Rəşad Abdullayevə, Ümidvar Əlizadəyə və Ceyhun Hacızadəyə xeyli miqdarda maddi ziyan vurub.

Polisdən bildirilib ki, azyaşlı olduğuna görə, tutulan şəxs həbs olunmayıb. İfadəsi alındıqdan sonra polis nəzarətində olmaq şərtilə sərbəst buraxılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm