• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qısqanc qadın sevgilisini bıçaqladı

Qısqanc qadın sevgilisini bıçaqladı

Bakıda qadın uzun müddətdi ki, birlikdə qeyr-rəsmi yaşadığı kişini bıçaqlayıb. Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində kirayədə yaşayan Emilya Əmiraslanova Bakı şəhər sakini Nicat Orucova mübahisə zəminində xəsarət yetirib. Hadisəni törətdikdən sonra o, qaçıb gizlənsə də, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib. Tutulan Emilya Əmiraslanova ifadəsində hadisəni qısqanclıq səbəbindən törətdiyini deyib.

İlkin məlumata görə, Nicat Orucovun evləndiyini bilən Emilya Əmiraslanova ondan qisas almaq istəyib.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR