“Dünyada iki bilinməyən varlıq vardır”: Türklər dünyanın gözü ilə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Dünyada iki bilinməyən varlıq vardır”: Türklər dünyanın gözü ilə - FOTOLAR

Dünyanın bir çox tanınmış və görkəmli şəxsləri türklər haqqında maraqlı fikirlər bildiriblər.

Publika.az həmin fikirlərdən bəzilərini oxuculara təqdim edir.

Fransız tarixçisi Albert Sorel: “Dünyada iki bilinməyən varlıq vardır. Bunlardan biri qütblər, digəri isə türklərdir. Türklər Asiyanın ən güclü xalqıdır”.

Avstraliyalı tarixçi-diplomat, Şərq elmləri mütəxəssisi Josep von Hammer-Purgstall: “Tarix türklərdən çox şeyi öyrəndi. Türklərin əlindən çıxmış elə əsərlər var ki, bunlar dünya mədəniyyətinin zinətidir”.

İtaliyalı şair Torquato Tasso: "Türklərdən bəhs edirəm. Düşməninə hücum edərkən amansız qasırğaya, qorxulu dənizə və insafsız ildırıma bənzəyən türklər. Dost yanında və silahsız düşmənin qarşısında səhər yelidir, şəffaf göldür”.

Yəhudi əsilli alman fiziki Albert Eynşteyn: “Türk əsgəri cəsur olur. Vətənini anası kimi çox sevər və onun üçün lazım gələrsə, tərəddüd etmədən canını vəda edər”.

İtaliyali şair-publisist Edmondo De Amicis: “Türkün iradəsini və insaniyyət duyğularını inkar etmək mümkün deyil. Bu duyğu insanı ədalətə sövq edib səfaləti artırmaqla bərabər, birliksiz və təşkilatsız bir toplumun dərdinə tək çarə deməkdir”.

Fransız yazıçısı Pierre Loti: “Türklər əsillərin əslidir. Bu uca zadəganlıq nüfuzu türklərə təbiətin hədiyyəsidir”.

İngilis generalı Tovsend: “Müharibədən zövq almaq istəyən hər kəs türklərlə döyüşsün”.

İngilis yazıçısı Mari Vortley Montagu: “Türk qadınları dünyanın ən böyük bəzəyidir. Türk qadınlarının bəzənmək üçün almaz və zümrüd zinət əşyalarına ehtiyacı yoxdur. Onsuz da onlar gözəl olurlar”.

İngilis general Helmut Karl Bernard von Moltke: “Silahlı millətin ən canlı nümunəsi türklərdir. Türklər ata minən kimi oturarlar, kəşfiyyatçı əsgər kimi sayıq olurlar”.

Fransanın 2-ci prezidenti Luis Adolf Thiers: “Əgər bir türk dövləti olmasaydı, mütləq yaratmaq lazım olacaqdı”.

İngilis yazıçısı Lord Byron: “Qılıncdan insafsız bir bacarıqla istifadə edən türkün əli məğlub etdiyi insanların yarasını sağaltmaqda da mahir ustadır”.

Fransız şairi Antoine Galland: “Türk dilini öyrənmək mənim üçün çox xoşbəxtlik oldu. Çünki türkü başa düşmək üçün onunla mütləq tərcüməsiz danışmaq lazımdır. Türk dilini tərcümə etmək işığı örtən şövqsüz pərdəyə bənzəyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm