Məsciddə atışma: ölənlər var
Bizi izləyin

Qırmızı.az

Məsciddə atışma: ölənlər var

Hadisə “Əş-Şəbab” təşkilatından bir qrupun məscidə bayraq asmaq cəhdi zamanı baş verib

Keniyanın Mombasa şəhərində terrorçu “Əş-Şəbab” təşkilatı ilə polis qüvvələri arasında atışma baş verib.

Anspress-ə istinadən məlumatına görə, şəhərdəki “Musa” məscidində baş vermiş hadisə nəticəsində bir nəfəri polis olmaqla 3 nəfər ölüb.

Məlumata görə, hadisə “Əş-Şəbab” təşkilatından bir qrupun məscidə bayraq asmaq cəhdi zamanı baş verib. Keçirilən əməliyyatda isə daha 70 terrorçu polis tərəfindən saxlanılıb.

Mombasa polis idarəsi cinayətkarlıqla mübarizə şöbəsinin rəisi Henri Ondieki əməliyyat zamanı məsciddən avtomat silah və çox sayda bıçaq aşkarlandığını deyib.

Qeyd edək ki, Keniya təhlükəsizlik qüvvələri uzun müddətdir radikal dini qruplaşmalara qarşı mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm