Şaxta uçdu: 25 ölü
Bizi izləyin

Qırmızı.az

Şaxta uçdu: 25 ölü

Mərkəzi Afrika Respublikasının cənubunda yerləşən Uaka prefekturasında qızıl çıxaran şaxtanın uçması nəticəsində 25 nəfər uçqunların altında qalaraq həlak olub.

Publika.az-ın məlumatına görə, uçqun altında qalan daha iki nəfərin cəsədinin axtarışları davam edir.

Hadisə Bambari şəhərindən 60 kilometrdə Ndassima şaxtasında olub.

"France Presse" agentliyinin bildirdiyi kimi, daha əvvəl “Axmin” şaxtası Kanada şirkətinə aid idi, amma bir il öncə "Seleka" qruplaşmasının döyüşçüləri tərəfindən tutulmuşdu.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında "Seleka" islam qruplaşmasının döyüşçüləri "Anti-balaka" üsyançı-xaçpərəst qruplaşmasına qarşı döyüşlər aparır.

Ölkədə vəziyyət 2013-cü ilin dekabrından kəskinləşib. BMT-nin məlumatına görə, münaqişə dövrü ərzində mindən çox insan həlak olub, milyona yaxın şəxs öz evlərini tərk etməyə məcbur edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm