Millət vəkili sığınacaqda olub
Bizi izləyin

Qırmızı.az

Millət vəkili sığınacaqda olub

Millət vəkili sığınacaqda olub

Millət vəkili Aydın Mirzəzadə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin müvəqqəti təşkil etdiyi sığınacaqda olub. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı millət vəkili sosial şəbəkədə paylaşıb.


“Havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müvəqqəti sığınacaqlar təşkil etməsi ilə bağlı xəbər məni maraqlandırdı və onların birində olmaq qərarına gəldim.


Bunun üçün əvvəlcə şəhər telefonundan 142 nömrəsinə ( etimad telefonuna) zəng etdim və yerini öyrənərək Yasamal tayonundakı sığınacağa getdim. Sığınacaq İctimai Televiziyanın yaxınlığında, 2 saylı tibb məktəbi ilə üzbəüz binanın həyətində yerləşirdi.

Sığınacaqda bir neçə nəfərə rast gəldim. Bunlardan ikisi Yasamal rayon sosial müdafiə mərkəsinin orada bütün sutka növbə çəkən iki işçisi, digər ikisi isə həmin mərkəzin müdiri Rüfət müəllim və Xətai rayon müvafiq mərkəzininm müdiri Fikrət müəllim idi.


Sığınacaqda soyuqdan qorunmağa gələn vətəndaşlar yox idi. Bildirdilər ki, ötən gecə orada rayondan gəlib, geriyə qayıda bilməyən iki nəfər vətəndaş gecələyib.


Sığınacaqda istilik sobası var idi və içəri kifayət qədər isti idi. Yatmaq üçün bir neçə rahat yataq gördüm və lazım gələrdisə onların sayını artırmaq imkanı olardı. Sığınacaqda isti çay var idi, həmçinin qalanlar üçün ustu yemək də təşkil edilir.

Özüm də o çaydan içdim.


Sığınacaqda vacib dərmanlar qutusu, təzyiq ölçən chaz var idi. Lazım gələrsə təcili polis və təcili yardımla da əlaqə saxlamaq üşün xətt də yaradılmışdı.


Bildirdilər ki, yaxınlıqdakıə yas mağarındankönüllü olaraq xüsusi olaraq sığnacaq üçün halva, çay və bir qədər də ərzaq gətiriblər.


Sığınacaqda orda qalası insanlar üçün tam şərait yaradıldığı hiss edilirdi”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm