• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İstanbulda dördmərtəbəli bina uçdu

İstanbulda dördmərtəbəli bina uçdu

İstanbulda yararsız halda olan binalardan biri uçub.

ANS PRESS-in məlumatına görə, İstanbulun Fatih rayonunun Balat səmtində yararsız halda olan dördmərtəbəli bir bina ötən gün axşam saatlarında gurultulu səslə uçaraq dağılıb.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqdası yönləndirilib. Yanğınsöndürmə qrupu küçələrin dar olması səbəbilə hadisə yerinə çatmaqda çətinlik çəkib.

Məlum olub ki, bina uzun müddətdir istifadə edilmir. Yararsız halda olduğu üçün də burada yaşayış olmayıb.

Yaxınlıqda yaşayanlar binanın təxminən iki ildir boş olduğunu bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR