Kürdəmirdə toydan sonra qanlı dava - 1 ölü
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə toydan sonra qanlı dava - 1 ölü

Kürdəmir rayonunda qətl törədilib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qarabucaq kəndində 1988-ci il təvəllüdlü Şahbuz Mikayılov həmkəndlisi, 1965-ci il təvəllüdlü Şükür Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan 49 yaşlı Ş.Məmmədov xəstəxanaya çatdırılanadək keçinib.

Bildirilir ki, hər iki şəxs dünən kənddəki toy məclisində iştirak edib. Burada hələlik məlum olmayan səbəblərdən onlar arasında söz-söhbət yaranıb. Mübahisə münaqişəyə çevrilimədən tərəflər sakitləşdirilib və onlar evə gediblər.

Bundan sonra Ş.Məmmədov yaşadığı evdən bıçaq götürərək toyda onunla mübahisə edən 26 yaşlı Şahbuzun evinə gəlib. Burada o, Ş.Mikayılovun ailə üzvləri, doğmalarının ünvanına təhqiramiz sözlər işlədib.

Toydan gəlib yatan gənc oğlan həmkəndlisinin səsini eşidib və bıçaq götürərək həyətə düşüb. Ş.Mikayılov onu öldürməyə gələn şəxsi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb, həmkəndlisini öldürən şəxs tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm