• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şok: Körpəsini 40 il bətnində saxladı

Şok: Körpəsini 40 il bətnində saxladı

Hindistan həkimləri Madhya-Pradeş ştatının şakini 62 yaşlı Cioti Kumarın bətnindən 36 il əvvəl ölmüş körpəni çıxarıblar.

Axar.az xəbər verir ki, həkimlər bu əməliyyatla dünyada ən uzunmüddətli bətnxarici hamiləliyi aşkar ediblər. Bundan əvvəlki “rekord” 18 il olub.

Cioti Kumar 1978-ci ildə 24 yaşında hamilə qalıb. Həkimlər ona xəbərdarlıq edib ki, sənin övladın sağ qalmayacaq, çünki embrion bətn xaricində inkişaf etməyə başlayıbmış. Cioti əməliyyatdan qorxaraq özəl klinikaya müraciət edib. Burada ağrılardan azad olan Cioti elə güman edib ki, problem öz-özünə həll olunub.

Düz 36 il sonra qarın nahiyyəsində ağrılar başlayıb. Naqpur şəhərindəki Tibb elmləri institutuna müraciət edən pasient əməliyyata razılıq verib. Cərrah heyəti onun bədənindən illər öncə ölmüş körpənin skletini çıxarıb. Hazırda Cioti Kumar özünü yaxşı hiss edir.

Tibbi ədəbiyyatı araşdıran hind cərrahları aşkar ediblər ki, pasientlərinin düşdüyü vəziyyət çox nadir rast gəlinən hallardandır. Belə bir hadisə daha əvvəl Belçika vətəndaşının başına gəlib. O, doğulmamış körpənin qalıqlarını 18 il bədənində daşıyıbmış.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR