Gənc əsgərlər and içdilər (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Gənc əsgərlər and içdilər (VİDEO)

Bu gün milli ordunun gənc əsgərləri vətənin keşiyində layiqincə duracaqlarına sədaqət andı içdilər. Hərbi hissə komandiri Rövşən Əkbərovun iştirakı ilə Gəncədə əsgərlərin and içmə mərasimi keçirilib. Burda həm də hərbi ixtisas kursunu başa vuran qadın hərbçilərə sertifikatlar təqdim edilib.

ANS TV-nin Gəncə bürosunun məlumatına görə, and içmə mərasimi hərbi hissənin döyüş bayrağının meydana gətirilməsilə başladı. Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu gənc əsgərlərə oxudu. Onları ordu sıralarına daxil olmaları münasibətilə təbrik etdi.

Hərbi hissə komandiri əvəzi Daşqın Bənnayev də əsgərlərə vətənin keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyyə etdi. Hərbi andı qəbul etmək üçün gənc əsgərlər təyin olunmuş yerlərə keçdilər və vətənə sədaqət andı içdilər.

Əsgərlər Vətənin keşiyində mətin dayanacaqlarına söz verdilər.

And içmə mərasimində əsgər valideynləri də onlara dəstək oldular.

General-leytenant Rövşən Əkbərov ilk hərbi ixtisas kursunu başa vuran müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbçilərə də sertifikatları təqdim etdi. Hərbi hissənin xüsusi təyinatları isə öz bacarıqlarını göstərdilər.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm