Türkiyədə zəlzələ: dağıntı var
Bizi izləyin

Qırmızı.az

Türkiyədə zəlzələ: dağıntı var

Türkiyədə Aralıq dənizi hövzəsində (Akdeniz coğrafi bölgəsi) zəlzələ baş verib. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, təbii fəlakət yerli vaxtla saat 22.43-də (Bakı vaxtıyla 00.43) Burdur vilayətinin Ağlasun rayonunda baş verib.

Bölgə Fövqəladə Hallar İdarəsi (AFAD) zəlzələ araşdırmaları mərkəzinin verdiyi ilkin məlumata görə, yeraltı təkanlar 4.8 bal gücündə qeydə alınıb, Burdurla yanaşı Antalya və İsparta da hiss olunub. AFAD rəsmiləri həmçinin bölgədə olan bəzi kərpic evlərin uçduğunu da bildirib.

“Boğaziçi” universiteti “Kandilli” rəsədxanası zəlzələ areaşdırmaları mərkəzi isə zəlzələnin episentrinin İsparta vilayətinin Kadılar rayonu olduğunu, yeraltı təkanların 5.1 bal gücündə qeydə alındığını bildirib.

Burdur valisi Həsən Kürklü zəlzələ nəticəsində insan tələfatı baş vermədiyini bildirib.

Zəlzələdən sonra bölgədə 7 dəfə avtoşok meydana gəldiyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm