Qırmızı.az
Qənirə Paşayevadan türkmanlara yardım
Millət vəkili Qənirə Paşayeva bir aylıq əməkhaqqını İraq
türkmalarına bağışladı və imkanı olan hər kəsi İraqda yaşayan
soydaşlarımıza yardıma çağırdı.
(Qənirə xanımın bununla bağlı çağırış yazısını təqdim
edirik)
“Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu cağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..! Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!
Əziz insanlarımız! Minlərlə İraq türkmanı son olaylarda öz evindən didərgin düşüb. Uluslararası təşkilatlar, ictimaiyyət isə susur... Onlar susur, çünki acını çəkən bizim insanımızdır!.. Bizim insanımızdır orada faciə ilə üzləşən... Tarixi sadəcə bir az varaqlamaq yetər ki, oradakı insanımızın qanı-qanımızdan, canı-canımızdan olan qardaş-bacılarımız olduğunu görək. Gəlin bir ürək kimi onların yanında olduğumuzu göstərək. Hər kəs gücünün çatdığı qədər...
Nə etməliyik? Məncə ilk öncə dünyanın hər yerində onların da
səsi olmalıyıq. Onları unutmadığımızı, düşündüyümüzü, yanlarında
olduğumuzu göstərməliyik. İkincisi, imkanı olan hər kəs gücü
çatdığı qədər yardım etməlidir. Dünyadakı Türkman cəmiyyətləri
onlara yardım üçün bank hesabları açıblar. Kərkük Kültür Dərnəyinin
başqanı, imzası Azərbaycanda yaxşı tanınan dr. Şəmsəddin Kuzəçinin
göndərdiyi həmin hesabları mən də paylaşıram. İmkanı olan
insanlarımızdan kimin gücü nəyə çatırsa, o qədər yardım edə bilər.
Bilirəm dövlətimizdə bəzi qurumlar tərəfindən müəyyən yardımlar
olunur və İraqdakı soydaşlarımız bunu çox yüksək dəyərləndirir.
Amma onların daha çox yardıma ehtiyacı var və biz gücü,imkanı çatan
hər birimiz gücümüzün çatdığı qədər bu yardımları etməliyik. Söhbət
təkcə yardımın həcmindən də getmir, bizim onları nə qədər
düşündüyümüzdən gedir. Hər zaman bir sıra zəngin insanın öz
millətlərinin çətin anlarında verdiyi dəstək, göstərdiyi
yardımlardan bəzən qibtə, bəzən həsədlə danışan qardaş-bacılarımız!
Bizim də zəngin insanlarımız az deyil. Dünyada türk kökənli zəngin
insanlara səslənirəm! İraqda bu gün köçkün vəziyyətinə düşən, ağır
günlər yaşayan insanlar bir başqası deyil, qanı-qanımızdan,
canı-canımızdan olan qardaşlarımızdır və o gün bu gündür! Qardaşın
qardaşın yanında olmalı olduğu gün..! Bunu böyüyən nəsillərimizin
milli tərbiyəsi və dünyaya mesaj vermək üçün də etməliyik. Onlara
“Tək deyilsiniz! Biz varıq!” deməliyik və bunu əməlimizdə
göstər¬məliyik. Mən özümün bir aylıq əmək haqqımı türkmanlara
yardım cəmiyyətinə bağışladım. Bir az qənatlə yaşayacağıq – o
qədər... amma aclıqdan, köçkünlükdən əziyyət çəkən
qardaş-bacılarımızı internet üzərindən izlədikdən sonra... “daha
çox şeylər etməliyik!” deyə düşünürəm və gücümün çatdığı qədər
dostlara səslənir, yollar axtarıraram. İnanıram ki, onların səsinə
səs verəcəksiniz və türkmanlara yardım cəmiyyətlərinə
dəstəklərinizi əsirgəməyə¬cəksiniz. Bu cür işlərdə hər zaman
öncüllük edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də inanıram ki,
əlindən gələn dəstəyi əsirgəməyəcək.
Türkmanlara yardım təşkilatlarının hesab saylarını Sizinlə
paylaşıram…
Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları
Vakıflar Bankası - Çankaya Şubesi –
Şube kodu: 281
TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı
TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına
“Türkmen mültecilerine bağış” yazaraq yatıra bilərsiniz.
Amma yardımlarınızı necə edə bilməklə bağlı problemləriniz yaransa
Türkmeneli İşbirliği ve Kültür Vakfı telefonları ilə :0090312. 442
42 65 və 0090312. 433 43 73 veya 009.0533.2552660(Şemsettin Küzeci)
(Türkiyə) əlaqə saxlaya bilərsiniz.
P.S. Bilirəm, yenə kimlərsə bu çağırışıma ağız büzəcək, kimlərsə tənqid edəcək, kimlərsə də, “bu bir reaklamdır” deyəcək, qoy desinlər – Tanrı hər kəsə öz ürəyinə görə versin. Amma ümid edirəm ki, insanlarımızın böyük bir hissəsi dəstəkləyəcək və İmkanı olanlar əllərindən gələn dəstəyi əsirgəməyəcəklər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...