Tərtərdə ailə faciəsi: oğul atanı öldürdü, ananı yaraladı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Tərtərdə ailə faciəsi: oğul atanı öldürdü, ananı yaraladı - VİDEO

Qatil oğul: "Pul istədim, vermədilər, mən də öldürdüm"

Daha bir dəhşətli ailə darmı baş verib - ata və ana doğma övladları tərəfindən bıçaqlanıb. Hadisə nəticəsində ata ölüb, ana isə xəstəxanaya yerləşdirilib. Hadisə Tərtər rayonu ərazisində baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının xəbərinə görə, hadisə Tərtər rayonu ərazisində - Bayandur kəndində baş verib. Belə ki, Bayandur kənd sakini 29 yaşlı Arzuman Vəliyev ata və anasını öldürmək məqsədi ilə onlara çoxsaylı bıçaq zərbələri vurub. Onun vurduğu zərbələrdən sonra atası 1955-ci il təvəllüdlü Sərdar Vəliyev yerindəcə keçinib. Anası Gülbəs Vəliyeva isə ağır xəsarətlərlə Bərdə rayon xəstəxanasına yerləşdirilib. Hadisə şahidlərinin bildiridyinə görə, Arzuman Vəliyev ruhi xəstədir. Lakin indiyə kimi onların ailəsində ciddi söz-söhbətlər olmayıb.

Biçaqlanan Gülbəs Vəliyevanın qınşusu Rauf Həsənov deyir: "Qapıdaydım. Eşitdim ki bıçaqlayıblar. Soruşdum ki, kim edib? Dedilər, oğlu atası ilə anasını bıçaqlayıb. Birinci atasını bıçaqlayıb, sonra isə anasını bıçaqlayıb. Sonra qonum-qonşu yığıldıq, burdan maşın tapdıq yola saldıq xəstəxanaya".

Ailənin digər qonşusu: "Anasının səs-küyünü eşitdim, möhkəmnən qışqırdı. Yüyürə-yüyürə gəldim, qapıdan içəri girdim ki, ikisi də həyətlərində balkonun altında yıxılıblar yerəŞ qanın içindədirlər. Qonşular da burdaydı, 2-3 nəfəri də mən çağırdım. Yüyürdüm yola, yuxarı kənddən bir oğlan var, onun maşınını saxlatdım. Mindirdik maşına xəstəxanaya çatdırdıq".

Valideyn qatili olan Arzuman hadisə yerindən qaçıb. O, yaxınlıqdakı Zona təcrübə stansiyasının Ərik bağında yerli bələdiyyə işçiləri tərəfindən aşkar edilib. Cinayəti törədən şəxs tutulub. Kənd sakinlərinin bildirdiyinə görə Arzuman Vəliyev ruhi xəstədir. O, bir dəfə Gəncə ruhi əsəb dispanserində yatıb. Bir neçə gün öncə isə valideynləri onu müalicəsi üçün İran İslam Respublikasınada aparıblar. Saxlanılan şəxs bildirib ki, valideynlərindən pul istəyib. Yox cavabını aldıqdan sonra bıçağa əl atıb.

Arzuman Vəliyev: "Pul üstündə öldürdüm. Pul istədim, vermədilər. Mən də öldürdüm".

Hazırda faktla bağlı cinayət işi açılıb, araşırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm