“Sədərək” yolu bağlandı
Bizi izləyin

Qırmızı.az

“Sədərək” yolu bağlandı

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm