“Karamel”in içindən heroin çıxdı
Bizi izləyin

Qırmızı.az

“Karamel”in içindən heroin çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları 3 saylı İstintaq təcridxanasında saxlanılan Tərlan Quliyevin yanına gətirilən sovqatın içərisindən narkotik aşkarlayıblar.

Penitensiar Xidmətin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 3 saylı təcridxanada məhkum olunan Tərlan Quliyevin qardaşı Elxan Quliyevin gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd “karamel” konfetinin içərisindən 0,341 qram narkotik vasitə olan heroin aşkar edilib.

Qeyd edək ki, Tərlan Quliyev elə narkotik istifadə etdiyinə görə həbs edilib.

Faktlar üzrə araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm