Gənc müğənni kimin zəngindən sonra özünü asdı?
Bizi izləyin

Qırmızı.az

Gənc müğənni kimin zəngindən sonra özünü asdı?

Tünzalə Ağayevanın duet ortağı, “Qovuş ona” mahnısının ifaçısı, gənc müğənni Sura Əsgərlinin intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəzər Rayon Prokurorunun köməkçisi Zaur Ağakişiyevin Publika.az-a verdiyi məlumata görə, ailəsi onun telefonla danışdıqdan sonra intihar etdiyini bildirir. İndi polis zəngin kim tərəfindən edildiyini aydınlaşdırır.

Hazırda araşdırma gedir, intiharın dəqiq səbəbi istintaqın gedişatında məlum olacaq.

Qeyd edək ki, 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm