“Mehriban Əliyeva bunları ailəsindən öyrənib”
Bizi izləyin

Qırmızı.az

“Mehriban Əliyeva bunları ailəsindən öyrənib”

Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer” qəzetində, “DNA News” informasiya agentliyində və “Centreline” jurnalında tanınmış jurnalist Həmid Şahinin “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsi dərc edilib.

Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Həmid Şahin məqaləsində Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ziyalı ailəsində böyüməsini, insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi məhz valideynlərindən öyrəndiyini qeyd edib.

Tolerantlığın nümunəsi

Yazıda Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdəki həyata keçirdiyi irimiqyaslı layihələrdən geniş bəhs edilib:

“Mehriban Əliyeva “Azərbaycan Tolerantlığın Evidir” proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin, icraçısı olub”.

Həmid Şahin yazısının böyük bir hissəsini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilən layihələrə ayırıb. Bildirib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib. 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib:

“Heydər Əliyev Fondu Edhi Home kimsəsizlər evləri, Akbar Care institutu, Serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılmış, Saif Fonduna maddi yardımlar edilib”.

Birinci xanımım insanpərvərliyi

Məqalədə xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2014-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı deyilib.

2014-cü ildə isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı” layihəsi inşa edilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su əldə edib:

“Heç şübhəsiz ki, Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm