Küçənin ortasında döyüb, pullarını aldılar
Bizi izləyin

Qırmızı.az

Küçənin ortasında döyüb, pullarını aldılar

Bakının mərkəzi küçəsində döyülmə faktı qeydə alınıb.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Bərdə rayon sakini Zöhrab Hüseynov Rəşid Behbudov küçəsində iki naməlum şəxsin hücumuna məruz qalıb. Zərərçəkən şəxs Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı şəxslər onu döydükdən sonra 560 manat pulunu və mobil telefonunu götürüblər.

Keçirilən əməliyyat tədbirindən sonra soyğunçuluqda şübhəli bilinən 17 yaşlı Fərid Şəmməmmədov və 18 yaşlı Araz Novruzov tutulublar. Onlar ilkin ifadələrində bildirib ki, hücum etdikləri Zöhrab Hüseynovu tanımayıblar və onu təsadüf nəticəsində soyublar.

Əməlindən peşman olan şəxslər barəsində Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm