“Villam “Vorovski”də yerləşir” – Əli Bayramov əmlakından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Villam “Vorovski”də yerləşir” – Əli Bayramov əmlakından DANIŞDI

“Bəzi qüvvələr məni şərləmək istəyirdi, ancaq bu alınmadı. Allah hər şeyi görür”.

Bu sözləri Publika.az-a açıqlamasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov bildirib.

Ə.Bayramov ölkədən qaçması və ya həbs olunması barədə yayılmış məlumatların hamısının yalan və uydurma olduğunu deyib:

“Yalandan yazdılar ki, guya mən dövlətin əmlakını yeyib dağıtmışam, ölkədən qaçmışam, prokuror məni tutub dama basıb və sairə. Hamısı yalan idi. Heç dövlətin əmlakını yemək olar? Dövlətin əmlakını yedinsə, demək, sonun çatıb. Vaxtilə bizdə də olub ki, bir neçə adam gübrə sataraq dövlətin əmlakını mənimsəyiblər. Daha sonra onların hamısını tutub həbsə atıblar. Hətta şəxsən özüm vaxtilə şübhələndiyim adamların işini yoxlatdırmışam, işlərində əskiklik çıxdığı üçün adlarını prokurorluğa vermişəm ki, tədbir görsünlər. Dövlətin əmlakı yerində olmalıdır. İndi də bəzi qüvvələr aranı qızışdırmaq və ajiotaj yaratmaq istəyirlər. Ancaq onların istəyi heç vaxt baş tutmayacaq. Yazırlar ki, Əli Bayramov “Aqrolizinq”i yeyib dağıtdı, sonra gedib özünə villa aldı. Bunu yazanlar düşünmür ki, mənim evim neçənci ildə alınıb? İndiyədək yaşadığım bir villadır, o da “Vorovski”də yerləşir. Həmin evin sənədi də var. Mən o evdə yaşayanda heç “Aqrolizinq” təşkilatı yaranmamışdı. “Aqrolizinq” təşkilatı 2004-cü il oktyabrın 23-də yaradılıb. Mən isə 2003-cü ildən bəri o evdə yaşayıram.

Övladım isə hələ uşaqdır. Heç mənim övladımın “Zaparoji”si də yoxdur. Övladım uşaq olduğu üçün maşın sürə bilmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm