Avtomobil ata və 5 yaşlı oğlunun üstündən keçdı
Bizi izləyin

Qırmızı.az

Avtomobil ata və 5 yaşlı oğlunun üstündən keçdı

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, rayonun Öysüzlü kəndi istiqamətində avtomobillə hərəkət edən İlham Əsədov yolu keçmək istəyən Murad Aslanov və onun 5 yaşlı oğlu Gündüz Aslanovu vurub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Şahidlərin sözlərinə görə, 5 yaşlı Gündüz Aslanov atasının əlini buraxaraq asfalta qaçıb, onun arxasınca gedən Murad Aslanov oğlu ilə birlikdə anidən avtomobilin zərbəsinə tuş gəlib.

Hər iki yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər uşağın vəziyyətinin ağır olduğunu bildirir.

Hadisəni törədən sürücü İlham Əsədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm