Avtomobil kanala düşdü, sürücü boğulub öldü
Bizi izləyin

Qırmızı.az

Avtomobil kanala düşdü, sürücü boğulub öldü

Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Quba rayon sakini Hümbət Qafarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Samur-Abşeron kanalına aşıb. Sürücü kanala düşərək boğulub. Onun meyitini Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sudan çıxarıb.

Hadisə yerinə gələn polis əməkdaşları araşdırma apararkən müəyyən edib ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Faktla bağlı istintaq davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm