Məhkumların qiyamı: başlarını kəsib atdılar
Bizi izləyin

Qırmızı.az

Məhkumların qiyamı: başlarını kəsib atdılar

Braziliyada bir həbsxanada meydana çıxan qiyam nəticəsində dörd məhkum ölüb, bəzi məhkumlar da yaralanıb.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Kaskavel şəhərindəki bir həbsxanada qiyam qalxıb. Qiyamda dörd məhkum ölüb, bəzi məhkumlar da yaralanıb. Məhbuslar yoldaşlarını öldürdükdən sonra onların başlarını kəsiblər.

Qiyama səbəb həbsxananın çox tünlük olması, həmçinin yemək və gigiyena ilə bağlı şikayətlərdir.

Məhkumların binanın damında əlləri və boyunları bağlı şəxsləri döyərkən çəkilmiş videoları yerli media yayımlayıb.

Səlahiyyətli şəxslərin bildirdiyinə görə, qiyam nahar vaxtı başlayıb, məhkumlar həbsxananın çox hissəsini ələ keçirib, yağmalayıb və yandırıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm