Bakıda silahlı şəxslər saxlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda silahlı şəxslər saxlandı

Yasamal rayonunda silahlı şəxslər zərərsizləşdirilib.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emin İsgəndərov və Şəki şəhər sakini Anar Süleymanov tutularaq istintaqa təhvil veriliblər. Onların üzərindən nömrəsi silinmiş “AKMS” markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş disk götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərdən Anar Süleymanov əvvəllər də məhkum olunub.

Faktla bağlı hər iki şəxs barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm