Söyüş üstündə qətl
Bizi izləyin

Qırmızı.az

Söyüş üstündə qətl

Kürdəmirdə öz həmyerlisini çoxsaylı bıçaq zərbəsiylə qətlə yetirən Şahbuz Mikayılov saxlanılıb.

Kürdəmir Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, Qarabucaq kənd sakini Şahbuz Mikayılov Şükür Məmmədovu münaqişə zəminində qətlə yetirib.

İstintaq müəyyən edib ki, həmyerlilər arasında əvvəlcə mübahisə yaranıb. Bu zaman Ş. Məmmədov qarşı tərəfi nalayiq söyüşlərlə təhqir edib. Ş.Mikayılov da üzərindəki bıçaqla ona zərbələr endirib, cinayəti törətdikdən sonra polisə təslim olub.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm