Bakıda mənzilə qəsdən od vurdular
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzilə qəsdən od vurdular

Paytaxtın Nizami rayonunda fərdi yaşayış evi yanıb.

Şərifli küçəsində qeydə alınan yanğın nəticəsində Vüsal Manafova məxsus evin 7 kvadratmetr sahəsi yanaraq külə dönüb. Evdə olan məişət əşyaları da yararsız vəziyyətə düşüb.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, sözügedən mənzilin qəsdən yandırılması ilə bağlı məlumat daxil olub. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını qəsdən törətmiş Bakı şəhər sakini Oleq Yeqorov saxlanılıb.

Hadisəni qisas məqsədilə törətdiyini deyən Oleq Yeqorovun izahatı alındıqdan sonra o, müvəqqəti olaraq sərbəst buraxılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm