Şaxtalı havada Bakıda 60-a yaxın insan zədə alıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Şaxtalı havada Bakıda 60-a yaxın insan zədə alıb - FOTOLAR

Ötən gün Bakıda 10 nəfərdən çox insan buzlu yollarda yıxılaraq zədə alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Anspress-ə verdiyi məlumata görə, bu çağırışlar müxtəlif yerlərdən gəlib.

Həmin çağırışlardan təxmini 5-6 nəfər buzlu yolda sürüşüb yıxılaraq xəsarət alıb. Həyət evində yıxılaraq xəsarət alanlar da var. Çağırışların çoxu qadınlarla bağlıdı”, - deyə Zemfira Vahidova bildirib.

Şaxtalı hava ilə bağlı ən çox çağırış yanvarın 31-də olub. Həmin gün 35 insan yıxılaraq travma alıb. Onların 29-u xəstəxanaya yerləşdirilib. Yıxılanlardan 3-nə ilkin tibbi yardım göstərilib. 3 nəfər isə xəstəxanaya getməkdən imtina edib. Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gün ərzində - yanvarın 31-i, fevralın 1-2-də 60-a yaxın müraciət daxil olub. Bu müraciətlərin arasında buzlu payataxt yollarında baş verən qəzalarda xəsarət alanlarla bağlı müraciətlər də var.

Zemfira Vahidova onu da əlavə edib ki, hazırda təcili yardımla bağlı heç bir problem yoxdu. Hazırda təcili yardım stansiyasının xüsusi təyinatlı maşınları xidmət göstərir. Həmin avtomobillər qış rejiminə tam hazırdı.

“İstənilən vaxt təcili yardımla bağlı xidmət göstərməyə hazırıq”, - deyə Zemfira Vahidova əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm