• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Suraya gələn zəng, 3 kəsir və …FOTO/VİDEO

Suraya gələn zəng, 3 kəsir və …FOTO/VİDEO

Bir neçə gün əvvəl intihar edən Sura Əsgərlinin ölümünün Qafqaz universitetinin digər tələbəsi Amil Əsgərovla əlaqəli olması təsdiqini tapmayıb. Bəzi xəbər saytlarında Suraya sonuncu zəngin məhz Amil tərəfindən edilməsi iddia olunurdu.

Qeyd edək ki, Publika.az faciə baş verən günü mərhumun evində olub və oradan reportaj hazırlayıb. Məhz bu anlaşılmazlıqların ortaya çıxdığı bir vaxtda həmin reportajı oxucularımızın diqqətinə birdə çatdırırıq.

****

İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır.

Əvvəlcə xatırladaq ki, dünən 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.

Onun evin zirzəmisində asılmış meyitini isə anası aşkar edib.

Xəzər rayon prokurorunun köməkçisi Zaur Ağakişiyevin Publika.az-a verdiyi məlumata görə, ailəsi onun telefonla danışdıqdan sonra intihar etdiyini bildirir. İndi polis zəngin kim tərəfindən edildiyini aydınlaşdırır.

Biz də bəzi qaranlıq məqamları aydınlaşdırmaq üçün Sura Əsgərlinin yaşadığı evdə olduq.

Yas içində olan Əsgərli ailəsi hələ də şokdan ayıla bilmir. 23 yaşlı qızlarının niyə bu addımı atdığını anlamağa çalışan ana İlhamə Ələsgərova qızını belə xarakterizə edir:

“Sura uşaq vaxtından özünə çox qapalı olub. Heç vaxt problemləri haqqında danışmazdı. Əslində, elə də ciddi problemlərinin olduğunu da bilmirik. Sura həmişə bizə deyirdi ki, siz məni başa düşə bilməzsiniz".

Deyirdi, Tünzalə mənim ruh ortağımdı

Tünzalə xanımla (red-Tünzalə Ağayeva) ruh ortaqlığı olduğunu deyirdi. Deyirdi, məni yeganə başa düşən insan Tünzalə xanımdır. Qafqaz Universitetində təhsil alırdı. Hamı da ondan razı idi - tələbə yoldaşları, qohumlar”.