• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda avtobus qəzası: yaralananlar var

Bakıda avtobus qəzası: yaralananlar var

Xətai rayonunda avtobus aşıb, nəqliyyat vasitəsində olan bir neçə sərnişin isə yaralanıb.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, “Əhmədli” metrostansiyasından Zığ şossesi istiqamətinə hərəkət edən 132 saylı sərnişin avtobusu Qazel” markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı ölən olmasa da, sərnişinlər arasında 4 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hadisə avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR