Qafqaz Universitetinin tələbəsi faciəli şəkildə öldü
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetinin tələbəsi faciəli şəkildə öldü

Lənkəranda bir nəfər suda boğulub.

Lənkəran Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, bədbəxt hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 21 yaşlı Vüqar Əsgərov Lənkəran rayonunda dənizin nəzarət olunmayan hissəsində çimərkən suda batıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun cəsədini 100–150 metr kənardan tapıblar.

Məlumata görə, mərhum Vüqar Əsgərov Lənkərana istirahət etmək məqsədilə gedib.

O, Qafqaz Universitetinin tələbəsi idi.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm