Qırmızı.az
Sığınacaqda qalanların sayı AÇIQLANDI
Respublika ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi
ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Bakının rayonlarında və Sumqayıt şəhərində təşkil edilmiş müvəqqəti
sığınacaqlarda bu günədək 420 nəfər insan qəbul olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xətai
rayonunda 71, Nərimanov rayonunda 130, Nəsimi rayonunda 75, Nizami
rayonunda 50, Yasamal rayonunda 34, Sumqayıt şəhərində isə 60 nəfər
kəskin hava şəraitindən qorunmaq üçün sığınacaqlardan istifadə
edib. Sığınacaqlarda olduqları müddətdə həmin insanlar 24 saat
ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla,
lazım olduqda tibbi xidmətlə təmin olunublar. Onların böyük
əksəriyyətini açıq havada səyyar işləyənlər və rayonlardan
müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonlarına qayıtmaqda
çətinlik çəkənlər təşkil edib.
Sığınacağa ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142-Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunub və onlar qısa müddət ərzində sığınacaqlara gətiriliblər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...