6 ayın statistikası: 133 qəsdən adam öldürmə cinayəti qeydə alınıb
Bizi izləyin

Qırmızı.az

6 ayın statistikası: 133 qəsdən adam öldürmə cinayəti qeydə alınıb

Daxili İşlər Nazirliyi 6 ayın statistik məlumatını açıqlayıb.

Publika.az-ın məlumatına əsasən, 2014-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 12231 cinayət faktı qeydə alınıb. Onlardan 56,8 faizi az ağır, 12,5 faizi ağır və xüsusilə ağır cinayətlərdir. Qeydə alınan cinayətlərin 133-ü qəsdən adam öldürmə, 183-ü qəsdən sağlamlığa ağır zərər vurma, 11-i isgəncə vermə, 16-sı adam oğurluğu (o cümlədən, 15-i evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir. İsti izlərlə açılan cinayətlərin 836-sı əvvəllər cinayət törətmis, 540-ı qrup səklində, 200-ü sərxos vəziyyətdə, 181-i 18 yasadək usaqlar tərəfindən və ya onların istirakı ilə, 330-u isə narkomanlar və ya narkotik təsir altında olan səxslər tərəfindən törədilib. 312 cinayət hadisəsi məisət zorakılığı ilə bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə insan alveri ilə bağlı cinayətlər 24,0 faiz, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 15,6 faiz, xuliqanlıq cinayətləri isə 9,6 faiz azalıb.

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1822 cinayət hadisəsi qeydə alınıb. Onların 28,1 faizi satıs məqsədi ilə həyata keçirilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm