• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya mətbuatı birinci xanımdan yazdı

Rusiya mətbuatı birinci xanımdan yazdı

Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzetində Janna Qolubitskayanın Azərbaycanın birinci xanımının yubileyinə həsr olunmuş “Mehriban Əliyeva həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür” sərlövhəli məqaləsi dərc edilib.

Publika.az AzərTAc-a istinadən həmin məqaləni təqdim edir:

Avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin xanımı 50 illik yubileyini qeyd edir. Bu zərif, gənc qadını görəndə inanmaq зətindir ki, o, həqiqətən yarım əsrlik yubileyini qeyd edir, özü isə ьз nəvənin nənəsidir! Heydər Əliyev Fondu yaradılandan bəri ona Azərbaycanın birinci xanımı rəhbərlik edir. Bu il may ayında Fondun da 10 illiyi qeyd olundu. Bu illər ərzində Fondun köməyindən təkcə doğma Azərbaycan deyil, Rusiya və digər dövlətlər də bəhrələniblər.

Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Axı Azərbaycan Prezidentinin xanımı Fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Məsələn, avqustun 21-də Mehriban Əliyeva Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplom ilə təltif edilib. Bu, Küveyt qadınlarının adından xarici ölkənin ictimai-siyasi xadiminə, üstəlik əcnəbi qadına verilən ilk mükafatdır. Diplomda deyilir ki, Küveyt qadınları UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə” təşəkkür edirlər.

Küveyt qadınlarından bir qədər əvvəl, avqustun 11-də isə rusiyalı qubernator Aleksandr Jilkin də Mehriban xanıma öz təşəkkürünü bildirərək onu “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib. Bu barədə fərmanda deyilir ki, bu mükafat “Həştərxan vilayətinin iqtisadi, sosial, mədəni inkişafına xüsusi töhfəyə və xeyriyyəçilik fəaliyyətinə görə vətəndaşları həvəsləndirməyin ali formasıdır”

.

Doğrudan da, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Həştərxanda və vilayətdə bir sıra iri sosial layihələr həyata keзirir. Təkcə son dövrdə orada bağça və məktəb yenidən qurulub, Azərbaycan-Rusiya dostluq körpüsü, Müqəddəs Mələksima Knyaz Vladimirə abidə və uşaqlar üçün “Meçta” əyləncə şəhərciyi açılıb. Hazırda Fondun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçası inşa edilir.

Həştərxan vilayəti qubernatorunun administrasiyasında “Moskovski komsomolets”ə bildiriblər ki, övladları Heydər Əliyev adına 11 nömrəli məktəbdə oxuyan valideynlər çox razıdırlar – bu uşaqları vaxtaşırı Azərbaycana qonaq çağırır və oraya istirahətə göndərirlər. Gənclər Rusiya-Azərbaycan Dostluq Parkını sevirlər, indi sevgililər bir-birinə “sədaqət açarları”nı Dostluq Körpüsünə asırlar. Uşaq bağçasının tikintisi hələ davam edir, tezliklə açılışı olacaq. Hamımız bilirik ki, uşaq bağçalarının çatışmazlığı Rusiyanın problemidir və Həştərxan vilayəti Heydər Əliyev Fondundan belə bir hədiyyə almağa çox sevinir”.

Azərbaycanın birinci xanımı həm də Fəxri Legion ordeni kavaleridir. Fransa Respublikasının ən mötəbər dövlət təltifi olan, təsis edilməsindən iki əsrdən çox keçmiş bu ordeni Mehriban xanıma Nikola Sarkozi Azərbaycana səfəri zamanı şəxsən təqdim edib. Hələ Napoleon tərəfindən təsis edilmiş bu ordenin kavalerləri sırasına Azərbaycan nümayəndəsinin, özü də qadının qəbul edilməsi ilk dəfədir. Fəxri Legion Ordeninin iki yüz illik tarixində qadın adları ümumiyyətlə azdır. Ənənəyə görə, al qırmızı lentə bərkidilmiş bu ulduza öz vətəninin fəxri olan insanlar qəhrəmancasına hərəkətlərə və ya görkəmli xidmətlərə, istedad və rəşadətə görə layiq görülür. Buna görə həmin ordeni çox vaxt fransız kişilər – hərbçilər, alimlər, həkimlər, incəsənət xadimləri alır.

Biz rusiyalılar üçün xüsusilə fərəhlidir ki, birinci xanımın özünün sözlərinə görə, Azərbaycanda böyük rus ədəbiyyatına, mədəniyyətinə və tarixinə çox hörmət edirlər. Yubilyarın qızı və Fondun vitse-prezidenti Leyla Əliyeva Rusiyada olarkən həmişə vurğulayır ki, Azərbaycanda məktəblərdə rus dilinin tədrisi tam həcmdə saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin filialı işləyir.

Heydər Əliyev Fondu öz məlahətli prezidentinin həssas rəhbərliyi ilə sosial layihələrə maddi dəstək baxımından bizim paytaxta da, məsələn, anadangəlmə və ya qazanılmış ağır xəstəlikləri olan uşaqların kompleks reabilitasiya müalicəsi keçdiyi Moskva Uşaqlara Tibbi Yardım Elmi-Praktiki Mərkəzinə, paytaxtdakı bir sıra uşaq evlərinə də kömək edir. 43 nömrəli Moskva ixtisaslaşdırılmış uşaq evinin rəhbəri Qalina Birk bütün kollektiv adından və orada tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fonduna təşəkkürünü bildirir və Fondun rəhbərinə bundan sonra da xeyirxah işlər görməyi arzu edir.

Biz Mehriban xanımı yubiley münasibətilə ürəkdən təbrik edir və onun xeyirxah işlərində yeni uğurlar arzulayırıq!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR