Ötən il 9064 nəfərə xərçəng diaqnozu qoyulub
Bizi izləyin

Qırmızı.az

Ötən il 9064 nəfərə xərçəng diaqnozu qoyulub

Ötən il 9064 nəfərə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulub. Onların 4405 nəfəri kişi, 4659-u qadındır.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Diaqnoz qoyulanların 92 nəfəri 0-13, 38-i – 14-17, 223-ü – 18 -29, 196-sı – 30-34, 308-zi – 35-39, 4342-si – 40-59 yaş arası olanlardır. 60 yaşdan yuxarı diaqnoz qoyulanların sayı 3865 nəfərdir.

Diaqnoz qoyulanların 150 nəfərinə ağız boşluğu və udlağın, 1042-nə mədənin, 1039-na traxeya, bronx və ağciyər, 1519-na süd vəzi, 367 nəfərə isə qida borusu və digər xərçəng diaqnozu qoyulub.

Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 34681 nəfərdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm