• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bakıda 5-ci kolon da, masonlar da fəaliyyətdədir”

“Bakıda 5-ci kolon da, masonlar da fəaliyyətdədir”

asonlar da fəaliyyətdədir”

Ana səhifə

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsbət Dəyişikliklər” gənclər hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev Axar.az-ın suallarını cavablandırıb.

- Bəxtiyar bəy, müsbət dəyişikliklər varmı?

- Müsbət dəyişikliklər təbii ki, var. Biz hər zaman ölkəmizdə gördüyümüz müsbət dəyişiklikləri təqdir edir, daha çox müsbət dəyişikliyin olmasını istəyir, gözləyir, tələb edirik. Amma bəzən elə mənfi dəyişikliklər də olurki, görülən müsbət işlərə kölgə salır. Bəzən bu mənfi dəyişikliklərin kimə və nəyə lazımo lmasını anlamaqda çətinlik çəkirik. Amma hər bir halda, optimist olmağa, yalnız və yalnız müsbətə doğru dəyişikliklərin olacağına ümid edirik.

- Bəs bu yayda “Müsbət Dəyişikliklər”in işi nədən ibarət oldu?

- “Müsbət dəyişiklik” gənclər hərəkatının üzvlərinin əksəriyyəti gənc tələbələrdir. Onlar yay ərzində tətildə oldular, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdilər. Eyni zamanda, hərəkatımız Polşa Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin gənc siyasi liderləri üçün təşkil edilmiş beynəlxalq yay məktəbinin təşkilatçılarından biri oldu. Bu yay məktəbində Avropanın və Şərq Tərəfdaşlığı ölkələrinin tanınmış simaları, eyni zamanda Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovadan gənc siyasi liderlər iştirak etdilər. Tədbirin ikinci hissəsi sentyabr ayında Polşada keçiriləcək. Orada da daha nüfuzlu şəxslərin iştirakı gözlənilir.

Bundan başqa, həm hərəkat üzvləri, həm də hərəkatımızın "Öyrən, liderlik et, xidmət et" proqramının iştirakçıları arasından bir çox gənc növbəti tədris ilində öz təhsillərini müxtəlif nüfuzlu təqaüd proqramları ilə (Chevening, Erasmus Mundus, Xaricdə Təhsil Dövlət Proqramı və s.) Çin, Almaniya, Britaniya, İspaniya, Avstriya və digər ölkələrdə davam etdirəcəklər. Bir tərəfdən aktiv üzvlərimizin müvəqqəti olaraq ölkə kənarında olacağına məyus olsaq da, onların alacaqları daha keyfiyyətli təhsilə görə çox sevinirik. Eyni zamanda əminik ki, həmin ölkələrdə yaşadıqları müddətdə həm ölkəmizi yaxşı təmsil edəcəklər, həm də orada gördükləri müsbət tərəfləri Azərbaycana qayıtdıqda tətbiq edərək, müsbət dəyişikliklərə imza atmağa çalışacaqlar.

- Feysbukda layklarınız çoxdur, bunu elektoratınız sayaq, yoxsa virtual təsəlli?

- Bunu mesajlarımızı çatdırmaq üçün auditoriya saymaq ən doğrusu olardı. Bir dəfə Feysbuk sosial şəbəkəsində bir status yazıb, sayğacı olan bir səhifəyə keçid qoymuşdum. Təxminən 15 dəqiqə ərzində 1000-dən çox istifadəçi həmin səhifəni açmışdı.

Xəbər saytlarımızla müqayisədə bu, böyük göstərici idi. İnsanlar bəzən sadəcə xəbər verən saytlardan məlumat almaq əvəzinə, üzərində şəxsi fikirlərin də yazıldığı, fərqli mövqe qoyulduğu xəbərləri oxumağa üstünlük verirlər. Eyni zamanda, Feysbukdakı postlara görə müxtəlif sektorlarda çalışan insanlar tərəfindən tanınmaq da olur. Elə gün olmur ki, hansısa dövlət qurumunda, özəl bir müəssisədə, hətta təyyarədə sərnişin və hosteslərlə də hansısa Feysbuk postunun müzakirəsi olmasın. Məsələn, harasa gedəndə mütləq kimsə tapılır ki, "sizin o məsələ ilə bağlı mövqeyiniz çox xoşuma gəldi" və ya "həmin məsələdə mən bir az fərqli düşünürəm" deyərək söhbət açılır. Yəni, insanlar yazılanları "layk" etməsələr də, yazılı münasibət bildirməsələr də, oxuyur, xatırlayırlar.

- “Sem dayı”nın uşaqları, 5-ci kolonun üzvləri, masonlar... Bu söhbətlər düzdür?

- “Sem dayı”nın uşaqlarının Azərbaycanda olması doğru deyil. Amma 5-ci kolon üzvləri də, onların fəaliyyəti də ortadadır. Bəzən 5-ci kolon üzvləri açıq şəkildə ölkə maraqlarına zidd addımlar atmaqdan belə çəkinmirlər. Onların çox güclü şəbəkəsi onlara mane olmağa da imkan vermir. Masonlara gəldikdə, bəli, masonlar mövcuddur. Heç kim onların mövcudluğunu inkar edə bilməz. ABŞ başda olmaqla, bir çox ölkədə, hətta qardaş Türkiyədə də mason lojaları açıq fəaliyyət göstərir. ABŞ-da olanda bir çox mason lojalarında olmuşam. Orada ABŞ-ın qurucu atalarının, bir çox ABŞ prezidentinin hansı loja üzvü olduqları da açıq göstərilmişdi. Lakin Azərbaycanda masonların dünyanı idarə etməsi ilə bağlı çoxlu miflər var. Bəzən Yasamalda işıq və suyun kəsilməsini də masonların təxribatı kimi qələmə verməyə çalışan və buna inanan sadəlövhlər olurlar.

- İŞİD-in də Amerikanın layihəsi olduğu söyləndi…

- ABŞ-ı dünyada gözdən salan və ABŞ-ın öz layihələri olan çox şey var. Bunu zamanla özləri də etiraf edirlər. Bəzən Amerikaya müəyyən məqsədlər üçün xarici düşmən obrazı lazım olur.Onu bəzən İraqda, bəzən Suriyada yaradırlar, daha sonra isə onunla mübarizə aparırlar. Bu isə təkcə ABŞ-ın nüfuzuna yox, həmdə ABŞ-ın təmsil etdiyi demokratik dəyərlərə böyük zərbədir. Dünyadakı sıravi vətəndaşlar biləndəki, ABŞ bəzən öz maraqlarına görə demokratik dəyərləri tapdalayıb keçir, o zaman demokratiya fəallarının da işi çətinləşir.

İnsanlar ABŞ-ı nümunə göstərərək demokratik dəyərlərə sahib olmağa çəkinirlər. Amma mən hər zaman bu məsələdə "mollanın dediyini edin, etdiyini etməyin" yanaşmasına üstünlük verirəm.Yəni, ABŞ-da hansısa ştatda bir qanun pozuntusu, ədalətsizlik olursa, məhz buna görə demokratik sistemdən, dəyərlərdən imtinanın tərəfdarı deyiləm.

- Yeri gəlməsə də soruşum: sizin hərbi xidmət məsələniz nə yerdə qaldı?

- Bilirsiniz ki, mən 2011-ci ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdim. Məhkumluqla bağlı 2016-cı ilə qədər möhlətim var. Ondan əvvəl səfərbərlik olsa, yaxud 2016-cı ildə dövlətimiz necə məsləhət bilsə, elə də addım atacağam. Əsas odur ki, ordu və hərbi xidmət siyasi hakimiyyət tərəfindən gənc fəallara, demokratiya aktivistlərinə, hüquq müdafiəçilərinə qarşı cəza, təzyiq aparatı kimi istifadə edilməsin.

- Bir müddət öncə cəbhədə fəallaşma, erməni təxribatları oldu, şəhidlər verdik. İzləyirdinizmi prosesləri, nəbaşverirdi?

- Allah bütün şəhidlərimizə rəhmət etsin. Ermənistan heç vaxt icazəsiz, özbaşına, böyük qardaşları Rusiyanın göstərişi olmadan atəşkəsi bu miqyasda poza bilməzdi. Rusiyaya Ukraynada baş verən hadisələrdən sonra bir sülhpərvər, mələk obrazı lazım idi.Onu da Soçi görüşü ərəfəsində Ermənistan-Azərbaycan arasında qarşıdurmanı alovlandıraraq, sonra isə "sülh" yaradaraq əldə etməyə çalışdılar.

- Bu görüş münaqişənin həllinin Qərbdən çox, Rusiyadan asılı olduğunun növbəti təsdiqi idimi?

- Soçi görüşündən əvvəl baş verən gərginliyi, Rusiya rəsmilərinin bəyanatlarını izlədikdə aydın görünür ki, Rusiya münaqişəni alovlandırıb. Sonra danışıqlaraevsahibliyi etməklə həm sülhpərvər obrazınıyaratmağa, həmdə Qərbə bu regionda öz hegemonluğunu nümayiş etdirməyə çalışırdı. Bundan əlavə, tərəflərə, xüsusi ilə də Azərbaycana Qarabağ münaqişəsi vasitəsi ilə hər zaman təzyiq edə biləcəyi siqnalını verirdi.

Düşünürəmki, Qərb Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almalı, Rusiyaya hər addımında dəstək verən, Rusiyanın forpostuna çevrilmiş Ermənistana ciddi təzyiqlər göstərməli, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün sadə bəyanatlardan əməli işə keçməlidir.

Təbiiki, bu da asan deyil. Həm ona görəki, Qərb bu məsələdə bir az aktivləşən kimi Rusiya cəbhədə gərginlik yaradır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR