Meyit morqda dirildi
Bizi izləyin

Qırmızı.az

Meyit morqda dirildi

Braziliya sakininin meyiti iki saat morqda qaldıqdan sonra dirilib.

Publika.az-ın news.ru-ya istinadən məlumatına görə, həkimlər onun yoxlayarkən kişinin sağ olduğu üzə çıxıb.

54 yaşlı Valdelsio de Oliveyra Qonsales xərçəngdən əzab çəkirmiş. Hospitala o nəfəs almada problemlərlə bağlı şikayətlərə görə düşüb.

Həkimlər onun qohumlarına bildirib ki, Qonsales iki ürək tutmasından sonra dünyasını dəyişib. Onun ölüm şəhadətnaməsi imzalandıqdan sonra meyir morqa göndərilib, ancaq iki saatdan sonra meyitxanaya gələn "mərhumun" qardaşı kisədə olan bədəninin tərpəndiyini görür və tez köməyə atılır.

Hazırda hospitalda hadisə araşdırılır.

Qonsalesin ailəsi Tanrının onların dualarını eşitdiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm