48 yaşlı qadın ölü tapıldı
Bizi izləyin

Qırmızı.az

48 yaşlı qadın ölü tapıldı

Binəqədi rayonunda 48 yaşlı İradə Əsgər qızı İsmayılova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.


Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı İ.İsmayılovanın vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi aidiyyəti üzrə təhvil verilib.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm