• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ağır qəza: Ölən və yaralanan var

Ağır qəza: Ölən və yaralanan var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası olub. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, rayonun Qaradolaq kəndi ərazisində Rusiya Federasiyasının vətəndaşı Elşən Quliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobillə Saatlı rayon sakini Raul Qarayevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2109”-un sürücüsü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişinlər - Beyləqan rayon sakinləri Ramil İbadlı və Amid İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR