İki “Mercedes” toqquşdu, ölən var
Bizi izləyin

Qırmızı.az

İki “Mercedes” toqquşdu, ölən var

Göygöl rayonunda yol qəzası baş verib.

Publika.az-ın məlumatına görə, rayonun Quşqara kənd sakini Adil Bağırovun və Gəncə şəhər sakini Elvin Rzayevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Adil Bağırov hadisə yerində ölüb, digər “Mercedes”ın sürücüsü Elvin Rzayev xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan Publika.az-a bildirildi ki, E.Rzayevin vəziyyəti ağırdır.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm