Ağacı kəsənlər 120 min manat cərimələndi
Bizi izləyin

Qırmızı.az

Ağacı kəsənlər 120 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Xətai rayonu, General Şıxlinski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət daxil olub. ETSN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda, sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.

Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120 000 manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm