Kürəkən ailəyə divan tutdu: 1 ölü, 3 yaralı - Təfərrüatlar
Bizi izləyin

Qırmızı.az

Kürəkən ailəyə divan tutdu: 1 ölü, 3 yaralı - Təfərrüatlar

3 nəfərə ağır bədən xəsarəti vurub, bir nəfəri isə qətlə yetirən Nahid Qədəşovun cinayət əməli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Qeyd edək ki, Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölüb.

Məlum olub ki, Nahid Qədəşovun bıçaqladığı öz qaynı, qayınatası, qayınanası olub. 23 yaşlı Nahid Qədəşovun öz qardaşı Cahid Qədəşova xəasrət yetirməsinə gəlincə, o, münaqişə zamanı araya girdiyindən xəsarət alıb.

Xəzər Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulub. Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm