• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ata oğlunu qanına qəltan etdi

Ata oğlunu qanına qəltan etdi

Xaçmaz rayonunda ata oğlunu bıçaqlayıb.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, rayonun Hacıməmmədoba kənd sakini Rasim Məmmədov oğlu Kamran Məmmədovun evinə gedərək onu bıçaqlayıb.

Hadisəni ailə-məişət münaqişəsi zəminində törədən R.Məmmədov əsəblərini cilovlaya bilməyib, mətbəxdən götürdüyü bıçaqla oğluna bir neçə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hadisəni törədən Rasim Məmmədov polis tərəfindən tutulub. O, istintaqa oğlu ilə aralarında tez-tez mübahisə yarandığını bildirib.

Xaçmaz Rayon Polis Şöbəsində R.Məmmədov barəsində cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR