Bütün Qafqazın şeyxinin 65 yaşı tamam olur
Bizi izləyin

Qırmızı.az

Bütün Qafqazın şeyxinin 65 yaşı tamam olur

Bu gün bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin doğum günüdür.

Publika.az xəbər verir ki, A.Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.

İlk dini təhsilini yerli din adamlarından alıb və 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub. O, dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində başa vurub.

A. Paşazadə 1975-ci ildən QMİ-nin məsul katibi , Təzəpir məscidinin axundu olub. O, 1980–cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və şeyx-ül-islam dərəcəsinə yüksəlib. A. Paşazadə bu günə qədər QMİ-nin sədri vəzifəsində çalışır. O, həmçinin Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.

A. Paşazadə 1992-ci ildə Azərbaycanın, Dağıstanın,Kabardino Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm