Tovuz xəstəxanasında qəribə olay – Növbətçi həkim yoxa çıxdı
Bizi izləyin

Qırmızı.az

Tovuz xəstəxanasında qəribə olay – Növbətçi həkim yoxa çıxdı

Ötən gecə Tovuz Mərkəzi Xəstəxanasında qəribə olay yaşanıb. Əli kəsilərək xəstəxanaya çatdırılan Qovlar sakini 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı-pəncərəsini sındırıb.

Hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümükün olub.

Zərərçəkənin qohumları bildirir ki, öz həyətində işləyən zaman şüşə onun damarını kəsib.Yaralı dərhal xəstəxanaya çatdırılsa da, Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümükün olmayıb.

Onun qan itirdiyini görən qohumlar xeyli araşdırsalar da, növbətçi həkimi gördüm deyən tapılmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva Publika.az-a biildirdi ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.

Qeyd edək ki, bu cür hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm