TQDK-dan köçürmə xəbərinə CAVAB
Bizi izləyin

Qırmızı.az

TQDK-dan köçürmə xəbərinə CAVAB

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) adından Təhsil Nazirliyinə tələbələrin qanunsuz köçürülməsi ilə bağlı hər hansı müraciət olmayıb.

Bunu Publika.az-a açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O, TQDK adından yayılan məlumatların yanlış olduğunu bildirib.

Xatırladaq ki, “Azadlıq” qəzetində TQDK-nın Təhsil Nazirliyinə qanunsuz tələbənin köçürməsi ilə bağlı müraciət göndərməsi barədə məlumat yayılıb. Məlumatda 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbul edildiyi bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm